İrlandiyada qadınların evdəki vəzifələrinin ləğv edilməsi təklif edilib

9 Mart 2024 08:50

Beynəlxalq Qadınlar Günündə İrlandiya sakinlərindən "qadınların evdəki vəzifələrinin" ləğvinə səs vermələri istənilib.

Bu barədə "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, səsvermənin iki referendumda keçirilməsi təklif olunur. Belə ki, konstitusiyanın nikah və qadının ailədə rolu ilə bağlı müddəalarına yenidən baxılması nəzərdə tutulur.

Birinci referendum ailənin konstitusiya tərifini nikaha əsaslanan vahiddən cütlər arasında uzunmüddətli əlaqələri əhatə edən birliyə qədər genişləndirəcək.

İkinci referendum zamanı "qadının evdəki vəzifələri" ifadəsinin dəyişdirilməsi təklif edilir. Ailə üzvlərinin bir-birinin qayğısına qalması ilə bağlı gender-neytral müddəa fərq yarada bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun