Qərb ordusu Ukraynaya gələ bilər - Danilov

9 Mart 2024 06:31

Qərbin Kiyevə qoşunla kömək etməyə başlayacağı istisna deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Müvafiq qərar qəbul edərsə, bəzi ölkələrin hərbi birləşmələrinin ərazimizdə görünməsini qətiyyən istisna etmirik", - o qeyd edib.

Danilov xəbərdarlıq edib ki, Ukraynaya əcnəbi hərbçilərin göndərilməsi məsələsi çox həssasdır və həmişə açıq olmaya bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun