Pentaqon təkzib etdi: Qəzza ilə bağlı bu məlumat...

9 Mart 2024 07:40

ABŞ-ın havadan humanitar yardım göndərməsi nəticəsində Qəzzada ölənlərin olması barədə xəbərlər yalandır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu adı açıqlanmayan Pentaqon nümayəndəsi Qəzzaya Amerika humanitar yardımının havadan atılması zamanı anklav sakinlərinin həlak olması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Qeyd edək ki, Qəzzada humanitar yardım olan konteynerlərin təyyarələrdən atılması zamanı paraşütün açılmaması nəticəsində bir neçə nəfərin yükü altında qalaraq həlak olduğu bildirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun