ABŞ-ın F-35-ləri nüvə silahı daşıya biləcək

8 Mart 2024 23:15

Amerikanın beşinci nəsil qırıcı-bombardmançı təyyarəsi F-35A nüvə silahının (B61-12 termonüvə bombası) tətbiqi üzrə rəsmi sertifikat alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Breaking Defense" nəşri məlumat yayıb.

Bildirilib ki, yalnız B61-12 bombasının daşınmasına icazə verilir. Lisenziya isə vaxtından əvvəl, 12 oktyabr 2023-cü ildə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun