93 yaşlı amerikalı media maqnatı beşinci dəfə evlənir

8 Mart 2024 18:33

Martın 11-də 93 yaşı tamam olacaq əslən amerikalı media maqnatı Rupert Merdok evlənir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildirilib ki, o, 67 yaşlı Elena Jukovaya evlilik təklifi edib.

Məlumata görə, məclis iyunun 1-də Merdokun Kaliforniyadakı malikanəsində baş tutacaq.

Qeyd edək ki, bir çox KİV-lərdə redaktor, baş redaktor səlahiyyətlərini icra edən Merdok "21st Century Fox" şirkətinin sədri kimi məşhurlaşıb.

Bu, media maqnatının beşinci evliliyidir.

Onun sərvəti 17 milyard dollar qiymətləndirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun