92 yaşlı media maqnatı 5-ci dəfə evlənir

8 Mart 2024 17:03

Martın 11-də 93 yaşı tamam olacaq media maqnatı Rupert Merdok evlənir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 67 yaşlı Elena Jukovaya evlilik təklifi edib. Bu barədə "New York Times" qəzeti yazıb.

Bildirilib ki, toy iyunun 1-də olacaq. Tədbir Merdokun Kaliforniyadakı malikanəsində baş tutacaq.

Qeyd edək ki, bu, media maqnatının beşinci evliliyidir. 

Elena Jukova molekulyar bioloqdur. O, "Qaraj" muzeyinin yaradıcısı Daşa Jukovanın anası və milyarder Roman Abramoviçin keçmiş qayınanasıdır.

Cütlük arasındakı münasibət 2023-cü ilin yayında başlayıb.

R.Merdokun sərvəti 17 milyard dollar qiymətləndirilir.

Milli.Az