"Fransada islamofobiya özünü daha çox göstərir"

8 Mart 2024 16:07

Fransada islamofobiya digər qərb ölkələri ilə müqayisədə özünü daha çox göstərir.

Bu barədə Trend-ə açıqlamasında Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinin vitse-prezidenti, prof. Yaşar Çolak deyib.

O qeyd edib ki, bu gün Qərb dünyasında islamofobiyanın geniş vüsət alması ilə qarşı-qarşıyayıq.

"İslamofobiya Qərbdə həyatın bu sahələrinə əks olunan bir reallıqdır. Fransada bu fenomen özünü digər qərb ölkələri ilə müqayisədə daha çox göstərir. Xurşidbanu Natəvan heykəlinə qarşı olunan vandallıq bunun göstəricisidir. Bu çox kədərli bir haldır. Bu hadisə islamofobik bir hərəkət kimi də qiymətləndirilə bilər. Dünya çox mədənidir, lakin insanlar bu mədəniyyəti həzm edə bilmir. Bu bir reallıqdır ki, artıq dünyanın hər yerində fərqli dinlərə mənsub insanlar yaşayır. Lakin bəzi cəmiyyətlər buna hazır olmadığı üçün problemlər ortaya çıxır",- deyə o,əlavə edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Milli.Az