RTÜK qalmaqallı serialdakı səhnə ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB - FOTO

7 Mart 2024 18:05

18:05

Ozan Güven, Ekin Koç, Serra Arıtürk, Hande Ataizi, Burak Yörük və Hüseyin Avni Danyalın rol aldığı "Taş Kağıt Makas" serialında səhnə izləyiciləri qəzəbləndirib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, serialda yayımlanan səhnəyə verilən reaksiyalardan sonra Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) tərəfindən araşdırma başladılıb.

RTÜK sədri Ebubekir Şahin məsələ ilə bağlı "X" hesabında paylaşım edib.

"Biz qadınları təhqir edən, qadınlarımızı aşağılayan istehsallara diqqət yetiririk. Dəfələrlə qeyd etdiyimiz kimi, qadınlar və uşaqlar bizim qırmızı xəttimizdir. Biz bu məsələyə həssaslıqla diqqət yetirməyə davam edəcəyik. Mübahisəli səhnələrin yer aldığı seriala həm vətəndaşlarımızın reaksiyalarından xəbərdarıq və diqqətlə izləyirik. Yayımlanmağa başladığı andan yayım prinsiplərini pozduğu hesab edilən səhnələrin yer aldığı serialla bağlı lazımi araşdırmaya başlamışıq. Biz qadınları aşağılayan və onların əmtəə kimi görünməsinə səbəb olan və ya qadına qarşı sui-istifadəni ehtiva edən istehsallara heç vaxt icazə verməmişik və verməyəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, "Taş Kağıt Makas" serialında Burak Yörüyün canlandırğı Fecir Emirkıran obrazı, 4 qadından onlara son model avtomobil vermək müqabilində it kimi hürmələrini istəyib. 8 Mart Qadınlar Bayramı öncəsi yayımlanan bu səhnə bir çox izləyicini qəzəbləndirib.
 

-------

15:39


Türk serialında çəkilən görüntülər müzakirələrə səbəb olub.

Milli.Az haberler-ə istinadla bildirir ki, "Taş Kağıt Makas" serialında yan-yana uzadılan 4 qadından heyvan kimi hərəkətlər etmək istənilib.

"Bu qaba tökdüyüm içkini küçə iti kimi içən şəxs maşını udacaq. İt kimi hürün", - ifadəsi geniş müzakirə doğurub.

Qeyd edək ki, ekran işi Cənubi Koreyanın "Remember: War Of The Son" serialının türk versiyasıdır.

İsmayıl
Milli.Az