ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
XİN-də səfirə ABŞ-nin üç qeyri-kommersiya təşkilatının "arzuolunmaz" elan edildiyi barədə məlumat verilib.
Həmçinin Treysiyə sözügedən təşkilatlara istənilən yardımı dayandırmağı tələb edən nota təqdim olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun