Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Ali Tank Komandanlığı Məktəbininin binası yanır.
Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb.
Yanğın məktəbin ikinci mərtəbəsində başlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Hadisənin səbəbi hələ ki məlum deyil.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun