Kremlərdə kanserogen şoku: Dünyaca məşhur brendlər araşdırılır

8 Mart 2024 04:04

ABŞ-da müstəqil laboratoriya olan "Valisure" məşhur markaların sızanaq müalicəsində istifadə edilən kremlərində aparılan sınaqlarda yüksək miqdarda kanserogen maddələrin aşkar edildiyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən  xəbər verir ki, bu brendlərə "Estee Lauder"ə məxsus "Clinique", "Target"ə məxsus "Up & Up" və "Reckitt Benckiser"ə məxsus "Clearasil" kremləri daxildir.

"Valisure" tənzimləyici orqan olan ABŞ Qida və Dərman İdarəsinə (FDA) problemlə bağlı hesabat verib. Hesabatda FDA sözügedən məhsulları bazardan geri götürməyə, araşdırma başlatmağa çağırılır.

Laboratoriyanın açıqlamasından sonra "Estee Lauder"in səhmləri birjada dəyərini 3 faiz itirib.

Sözügedən brendlər "Reuters" xəbər agentliyinin mövzu ilə bağlı suallarına cavab verməyiblər. FDA-nın təqdim olunan ərizəyə necə cavab verəcəyi hələ məlum deyil.

Keçmişdə bu kanserogen maddə günəş kremi, nəmləndirici və şampun kimi bəzi istehlak məhsullarında aşkar edilib. "Procter & Gamble "və "Johnson & Johnson" kimi məşhur şirkətlər məhsullarını bazardan geri çəkməli olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun