"Atam dünyasını dəyişməzdən əvvəl bir valideyn olaraq məndən və digər övladlarından halallıq istədi. O çox yaxşı ata olub. Ona çox əziyyət vermişəm. Atama qarşı öz ətrafından haqsızlıqlar çox olmuşdu. Dedim ki, gəl, hamını bağışlayaq".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Əbdül Xalid qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Bu ilin fevralın 24-də atasını itirən sənətçi onun onkoloji xəstəliklə mübarizə apardığını bildirib:
"Allah nəsib etdi ki, o, son anına qədər huşunu itirmədi. Allah gözlədi ki, atam həmin gecə duasını etsin və hamını bağışlasın. Onun onkoloji xəstəliyi vardı. Atamın 75 yaşı vardı. Deyirdi ki, həvəsdi - bəsdi. Atamın yoxluğu mənə çox pis təsir etdi".
Müğənni bildirib ki, valideyni ölüm ayağında olarkən özü spirtli içkilərə tövbə edib:
"Atamla bir yerdə hər şeyə tövbə etdik. Mən içkiyə tövbə etdim. Atam məclisdən məclisə içki içirdi. Allah tövbə qapısı açdı və bizə o anı verdi. Gecə saat 03:00-da məndən qatıq istədi. Yedi və son 1 saatdan sonra səhərə yaxın gözlərini əbədi yumdu. Atamın mənə son sözü "Görəsən, yaxşı olacağam?" oldu. Həyat dolu insan idi. Yaşamağı sevirdi, arzuları çox idi".
Əbdül Xalid vəfat edən anasından da danışıb:
"Mən bu halları anamda da yaşamışdım. Anam realist insan idi. Anam mənə söylədi ki, söz ver ki, xəstəxanadan çıxdıqdan sonra məni evimizin 2-ci mərtəbəsinə qaldıracaqsan. Mən də ona o sözü verdim və tutdum".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun