Husilər yük gəmisinə hücum etdi: ölənlər var

6 Mart 2024 23:30

Yəmən sahillərində, Ədən körfəzində husilər Barbados bayrağı altında üzən "True Confidence" yük gəmisinə hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sənadakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində gəmi heyətindən iki nəfər həlak olub.

Ənsarullah hərəkatı Ədən körfəzində yük gəmisinə hücum etdiyini təsdiqləyib. Belə ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya zərbələr nəticəsində gəmidə yanğın başladığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun