Rusiya Odessa limanına zərbə endirdi: 5 ölü

7 Mart 2024 00:35

Martın 6-da Rusiyanın Odessanın liman infrastrukturuna raket hücumu nəticəsində 5 nəfər həlak olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.

"Düşmən şəhərin liman infrastrukturunu vurub. Ölənlərin sayı 5 nəfərdir. Yaralıların sayı dəqiqləşdirilir", - Pletençuk bildirib.

Qeyd edək ki, Ukrayna lideri Zelenski Yunanıstan Baş naziri Miçotakis ilə görüşü zamanı Odessaya raket hücumu edildiyini bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun