Ermənistanda bu şəxslər narkoloji testdən keçəcək

6 Mart 2024 21:00

Ermənistanda hüquq-mühafizə orqanları işçilərinin narkoloji testdən keçməsi tələbinə dair qanun layihəsi hazırlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, layihənin müəllifi müxalifətdə olan "Ermənistan" blokundan deputat Aqnessa Hamoyandır.

Hamoyan məhkəməyədək icraat və cinayətlə mübarizə səlahiyyətləri olan orqanların, o cümlədən polisin, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının, habelə prokurorlar və müstəntiqlərin narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinə görə ildə iki dəfə yoxlanılmasını tələb etdiklərini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun