Avropa çempionumuzdan daha bir qələbə

6 Mart 2024 19:35

Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ikiqat Avropa çempionumuz ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.

Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda Fransa paytaxtında vəsiqə əldə edəcək.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun