Süni mayalanma əməliyyatı ilə bağlı YENİLİK - Pulsuz ola bilər

6 Mart 2024 17:06

Sonsuzluqdan əziyyət çəkən insanların süni mayalanma əməliyyatının təxirə salınmadan icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsi təklif olunur.

Milli.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda qeyd edilib ki, bu sahədə mövcud normativ-hüquqi baza yeniləndikdan sonra süni mayalanma xidmətinin icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində təminata alınması məsələsina baxıla bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun