Avtobusla çay dəmlədi - "BakuBus"ın sürücüsündən qəribə hərəkət - VİDEO

6 Mart 2024 17:59

"BakuBus" avtobusunun sürücü dünyaca məşhur trendə qoşulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, sürücülərdən biri 18 metrlik "qarmoşkalı" avtobusu depoda olarkən trendi yerinə yetirib. Belə ki, o, avtobusu geriyə hərəkət etdirərək, stəkana çay paketi salıb.

Qeyd edək ki, bu cür görüntülər sosial şəbəkələrdə çox yayılıb. Həmin görüntülərdə də belə qeyri-adi hərəkətlər xüsusən iri həcmli avtomobillərlə yerinə yetirilib. Bəziləri "BakuBus" sürücüsü kimi stəkana çay paketi salır, bəziləri də alışqanı yandırır.

Görüntləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun