Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sessiyasında Qəzzadakı vəziyyət və hərbi əməliyyatların yaratdığı humanitar böhran müzakirə edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yyaıb.
Məlumata görə, tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysal bin Fərhan İsrail hərbçilərinin Rəfahdakı istənilən hərəkətinin təhlükəli nəticələrə səbəb olacağını bildirib.
O, həmçinin fələstinlilərin öz torpaqlarından qovulmasına qarşı çıxıb:
"Beynəlxalq ictimaiyyət İsrailin hərəkətlərinə getdikcə daha çox qəzəbini bildirir. Və artıq daha çox ölkə Fələstin dövlətini tanımaq barədə düşünür".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun