Yaşlı qadının davası çox bahalı oldu

5 İyun 2012 16:45
Milli.Az "Agence France-Presse"ə istinadən bildirir ki, 58 yaşlı Fransis MakAskill Melburndan Yeni Zelandiyaya uçan təyyarədə sərxoş vəziyyətdə dava saldığını, kişi sərnişini yumruqla vurduğunu etiraf edib.

Həmin kişi sərxoş qadının çox bərk danışıb söyüş söydüyünə görə ondan sakit olmağı xahiş etmişdi.

Təyyarənin heyəti qadını qandallayandan sonra sakitləşdirə bilib. Pilot isə Melburna qayıtmaq qərarına gəlib.

Məhkəmə MakAskilli 3500 dollar cərimələyib və 4 ay şərti həbs cəzasına məhkum edib. Eyni zamanda o, "Qantas" aviaşirkətinə məxsus təyyarənin Melburna qayıdışı ilə bağlı 18245 Avstraliya dolları məbləğində xərci ödəməlidir.

Milli.Az