Yüzlərlə cücəni diri-diri zibilliyə atdılar - VİDEO

7 Mart 2024 00:45

Rusiyanın İrkutsk vilayətində zibil qutusundan yüzlərlə toyuq tapılıb. Həmin vaxt temperature 0-dan aşağı olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə İrkutskın Molodejnı kəndində baş verib. Yerli sakin zibil qutusunda toyuq qutuları tapıb. Qutularda bir neçə yüz cücə olub. Onların soyuqda nə qədər qaldıqları və onları kimin atdığı məlum deyil.

Tapılan cücələrin təxminən üç yüzü sağ olub. Cücələr fermerlərə təhvil verilib və baytarlar tərəfindən müayinə olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun