Təbrizdə yaşayış evində partlayış, yaralılar var

6 Mart 2024 11:48

Təbrizdə yaşayış evində partlayış olub, xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

Təbrizin Nur qəsəbəsində yaşayış evində yandırıcı maddələr partlayıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Novruz çərşənbələri üçün pirotexniki vasitələrin hazırlandığı evdə baş verib.

Qeyd edək ki, bu il İranda Novruz çərşənbələrində baş verən hadisələrdə indiyədək 181 nəfər yaralanıb, 6 nəfər ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun