İngilis futbolçular arvadlarından ayrı düşməyəcək
5 İyun 2012 16:08
Milli.Az "Eurosport"a istinadən bildirir ki, yığmanın baş məşqçisi Roy Hocson futbolçu xanımlarının çempionat zamanı yığmanın yanında olmasına qarşı çıxmışdı.
Lakin sonda o, futbolçuların arvadları ilə görüşmələrinə icazə verib.
Futbolçuların xanımlarına "şirlər"in hər matçından sonra stadionun yanında ərləri ilə ən uzağı yarım saat görüşmələrinə icazə verilib. Görüş komandanın təlim-məşq bazasına yollanmasından əvvəl olmalıdır.
Bu aksiyanın təşəbbüskarı İngiltərə yığmasının və "Mançester Yunayted"in forvardı Ueyn Runinin xanımı Kolin Runidir. Özəl təyyarə yığmadakı futbolçuların xanımlarını İngiltərə millisinin Avro-2012-nin qrup mərhələsində oynayacağı Ukraynaya aparacaq.
Təyyarənin kirayəsi 50 min funt-sterlinqə başa gəlib.
Milli.Az