"Bayer"in çalışdırıcısı "Bavariya" ilə danışıqlar aparır?

6 Mart 2024 07:00

"Bayer Leverkuzen" komandasının baş məşqçisi Xabi Alonsonun "Bavariya" ilə danışıqlar apardığı barədə məlumat yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya mətbuatı yazıb.

Leverkuzen təmsilçisinin mətbuat xidməti isə yayılan məlumatları təkzib edib:

"Alonso "Liverpul"la danışıqlar apararkən klub rəhbərlərini məlumatlandırsa da, bu dəfə heç bir əlaqə barədə məlumat verilməyib".

Qeyd edək ki, "Bayer" "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun