Husilər ABŞ-ın iki esminesinə zərbə endirdi

6 Mart 2024 07:15

Yəmən üsyançıları husilər Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə zərbə endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə qruplaşmanın nümayəndəsi Yəhya Səriya deyib.

O, esmineslərə gəmi əleyhinə raket və PUA-larla zərbə endirildiyini açıqlayıb.

Səriya bildirib ki, əməliyyat ABŞ və Britaniyanın hücumlarına cavab olaraq həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun