Bayden elan edib: Ordumuz Ukraynaya getməyəcək

6 Mart 2024 07:35

ABŞ qoşunları Ukraynada savaşmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi Fransa Prezidenti Emmanuel Makronun sözlərini analiz etməyəcəyini bildirib:

"Yalnız ABŞ Prezidenti, Baş Komandan Co Baydenin adından danışa bilərəm. Ukraynadakı münaqişənin əvvəlindən o, Amerika qoşunlarının Ukrayna ərazisində döyüşməyəcəyini açıq şəkildə qeyd edib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun