Separatçılardan Tiflisə mesaj: Münaqişə yaşana bilər!

5 Mart 2024 23:20

Gürcüstanla silahlı münaqişə istəmirik, lakin Ukrayna tərəfində döyüşən gürcü əsilli radikalların ölkəyə qayıdacağı təqdirdə belə bir ssenarinin olması istisna deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Abxaziya "xarici işlər naziri" İnal Ardzinba deyib.

"Müharibə istəmirik. Gürcüstanın də müharibə istəmədiyinə ümid edirik. Lakin məsələn, Ukraynada müxtəlif radikal qruplaşmaların neo-nasistlərin tərəfindən döyüşdüyünü görürük. Onlar qayıdarsa, müxtəlif ssenarilər baş verə bilər", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun