Novruz tonqalına hazırlıq faciə ilə bitdi

5 Mart 2024 20:03

Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Binab şəhərində mənzildə baş verən partlayış nəticəsində 26 yaşlı gənc həyatını itirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayışın çərşənbə şənlikləri üçün hazırlanan alışdırıcı və partlayıcı maddələrin partlaması nəticəsində meydana gəldiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun