Sosial şəbəkələrdəkı nasazlıq aradan qaldırıldı - YENİLƏNİB

5 Mart 2024 20:35

Sosial şəbəkələrin işində yaranan nasazlıq aradan qaldırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, feysbukun fəaliyyəti bərpa edilib.

Hazırda istifadəçilər üçün öz hesablarına daxil olmaq əlçatandır.

-------

19:37

Feysbukun Azərbaycan seqmentində problem yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, anidən hesablardan çıxış edilib.

Maraqlıdır ki, login və şifrə yenidən daxil edilsə də, hesaba girmək olmur.

Hazırda instaqramın da fəaliyyətində problem yaşandığı bildirilir.

Problemin nədən qaynaqlandığı sual altındadır.

Məşhur internet resurslarının işinə nəzarət edən "Downdetector" portalı da sosial şəbəkələrdə yaranan problemlə bağlı məlumat yayıb.

İstifadəçilərin daxil olmaqda çətinlik çəkdiyi bildirilir. Həmçinin qeyd olunub ki, öz hesabına daxil olanlar üçün xəbər lenti yüklənmir, instaqramda video bölməsi - "Reels" işləmir.

Xüsusilə sosial şəbəkələrin fəaliyyətindəki problemlər barədə məlumat ABŞ-dən daxil olub. Ən çox çətinliklə Nyu-York, San-Fransisko və Sietl sakinləri yaşayıb.

Bir sıra digər xidmətlərdə də problemlər yaranıb. Onların arasında "YouTube" videohostinqi, "WhatsApp" messenceri, "Google" xidmətləri, həmçinin "TikTok" sosial şəbəkəsi də olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun