Komandası uduzdu, Ronaldo sosial şəbəkədən mesaj göndərdi

5 Mart 2024 17:21

Kriştiano Ronaldonun heyətində yer aldığı "Əl-Nəsr" Asiya Çempionlar Liqasının 1/4 finalın ilk matçında məğlub olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu səfərdə BƏƏ təmsilçisi "Əl-Əyn"ə uduzub - 0:1. Cavab oyunu martın 11-də keçiriləcək.

Görüşdən sonra "Əl-Nəsr"in hücumçusu Ronaldo sosial şəbəkədə paylaşım edib. Portuqaliyalı superulduz sosial şəbəkədə "Ər-Riyadda görüşənədək" yazıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun