Qanunsuz dini təbliğatla məşğul olan 45 nəfərə cinayət işi açılıb

5 Mart 2024 15:27

Ötən il Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan 45 nəfər barəsində cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Məlumata görə, 163 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin şəxslərdən 2,4 min ədəd dini ədəbiyyat, bröşüra, jurnal, buklet, CD disk və digər əşyalar, 296 dini şəkil, 69 dini bayraq, eləcə də 1 ədəd soyuq silah aşkar edilərək götürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun