“Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı

5 Mart 2024 16:11

"Neftçi" ötən gün klub bazasına gələrək etiraz edən azarkeşlərin həbs olunması ilə bağlı açıqlama yayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, açıqlamada klub tərəfindən tərəfdarla bağlı heç bir şikayət edilmədiyi bildirilib:

"Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə "Neftçi" PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı "Neftçi" heç bir şikayət bildirməyib. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən, həmin şəxsləri məsuliyyətə cəlb edib".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun