Düşmənin 20 postu varsa, bizim də... - Asryan

5 Mart 2024 19:06

Nerkin-Hand istiqamətində araşdırma hələ tamamlanmayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan brifinqdə deyib.

Arsyan şərti sərhəddə əməliyyat vəziyyətinin nisbətən sabit olduğunu vurğulayıb:

"Azərbaycan Silahlı Qüvvələrinin hər hansı cəmləşməsi yoxdur və əməliyyat vəziyyəti nisbətən stabil qiymətləndirilir".

Baş Qərargah rəisi Azərbaycanın Nerkin-Hand istiqamətində 20-yə yaxın mövqeyə malik olması ilə bağlı sualı da cavablanlandırıb:

"Təmas xətti həm düşmənin, həm də bizim tərəfimizdən mövqelərin yerləşdirildiyi strukturdur və əgər düşmənin 20 mövqeyi varsa, bizim də var. Amma mən rəqəm deməyəcəyəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun