Gözəlləşmək üçün İsveçdən İstanbula gəldi - Üç əməliyyatdan sonra öldü - FOTO

6 Mart 2024 06:42

İsveçdən İstanbula gələrək plastik əməliyyat keçirən qadın əməliyyatlardan bir gün sonra vəfat edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Cenet Benqston adlı qadın internetdən tapdığı həkimlə danışıb və plastik əməliyyat olunmaq üçün Türkiyənin İstanbul şəhərinə gəlib.

Özəl xəstəxanalardan birində 3 əməliyyat keçirdikdən sonra vəfat edib.

Cenet bu əməliyyat üçün 6 490 avro ödəyib.

Benqstonun ailəsi yaşanan hadisədən sonra şikayət edib. Prokurorluğa təqdim edilən şikayət ərizəsində 33 yaşlı Cenetin 8 yaşlı övladı qaldığı, onun dolanışığını təmin etmək üçün pul olmadığı bildirilib. Qadının qohumları onun ölümünə səbəb olanların kimliyinin müəyyən edilməsini və cəzalanadırılmasını istəyiblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun