Azərbaycanda ağırçəkili şəxs xəstəxanaya çatdırıldı - VİDEO

5 Mart 2024 12:24

Sumqayıt şəhərində ağırçəkili 1 nəfərin xəstəxanaya çatdırılması onun ağırçəkili olması səbəbindən mümkün olmayıb və bu barədə kömək məqsədilə FHN-in "112" qaynar xəttinə müraciət ediblər. 

FHN-dən Milli.Az-a verilən xəbərə görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə ehtiyacı olan vətəndaşın yardımına yetişərək onu onmərtəbəli binanın doqquzuncu mərtəbəsindən düşürüb və Təcili Tibbi Yardım Briqadasına təhvil veriblər.

Sonra FHN-in xilasediciləri Təcili Tibbi Yardım avtomobilini müşayiət edərək xəstənin həmin maşından düşürərək xəstəxananın ikinci mərtəbəsinə qaldırıb və aidiyyəti şöbəyə təhvil veriblər. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun