Dondurulmuş insanlar yenidən canlana bilərmi? – Maraqlı ARAŞDIRMA

9 Mart 2024 16:00

Canlıların dondurulması prosesi özlüyündə bir sənayeyə çevrilib. Bir kapsulada donub qalan və 100 il sonra oyanan insanlar barədə mülahizələr real həyatda da var.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 1960-cı illərdə elm və tibbin daha da inkişaf edəcəyini düşünən elm adamları yaşlı və xəstə insanları dondurmaq və illər sonra onları oyatmaq üçün bir layihə hazırlayıb. "Cryonics Project" adlanan bu layihədə ölən insanlar dondurulur və xüsusi borularda yerləşdirlir. Layihə bu istiqamətdə irəliləsə də bu gün də dondurulmuş insanların aqibəti barədə heç bir məlumat yoxdur.

Doktor Paul Seqal bu təcrübəni öz itinin üzərində həyata keçirib. O, öz itini dondurub və sonra onu yenidən canlandırıb. Bu uğurdan sonra o, bu sınağı bir qurbağa üzərində tətbiq edib. Məhz bu sınaqdan sonra insanların layihəyə olan marağı artıb.

Lakin dondurulmuş insanların yenidən həyata qaytarılmasına dair bir fakt yoxdur.

Qeyd edək ki, bu layihə əsasında dondurulan ilk insan isə doktor Ceyms Betforddur. 73 yaşında böyrək xərçənginə tutulan və müalicəsi tapılana qədər dondurulmasını istəyən Dr.Ceyms 1967-ci ildən bəri dondurulmuş halda saxlanılıb.

Bu gün bu layihə çərçivəsində fəaliyyət göstərən bir çox şirkət var. Həmin şirkətlər dondurulmaq istəyən insanlara bir qolbaq verir. Üzərində "Dəfn etməyin və cəsədi yandırmayın" sözləri yazılır. Beləliklə dondurulana qədər bədənə zərər verilmir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun