Şir 14 yaşlı məktəbli qıza hücum etdi - FOTO

9 Mart 2024 18:41

Rusiyanın Saratov şəhərində yerləşən müəssisələrdən birinin ərazisində şir 14 yaşlı məktəbli qıza hücum edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yırtıcı Saratov müəssisəsində volyerdə saxlanılıb.

Qolundan xəsarət alan qız xəstəxanaya çatdırılıb. Həkimlər ona lazımi yardım göstəriblər.

Hadisədən sonra müstəntiqlər yoxlama təşkil ediblər. Olayın baş verdiyi şərait müəyyənləşdirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun