Paşinyan Misirə getdi

5 Mart 2024 09:56

Ermənistanın Baş naziri Nikol Paşinyan Misirə iki günlük rəsmi səfərə gedib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Misir prezidenti Əbdül Fəttah əs-Sisi, Misirin Baş naziri Mustafa Madbuli və Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt ilə görüşəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun