Türkiyədə qiymət artımı sürətlənib

5 Mart 2024 08:10

Fevralın sonunda Türkiyədə istehlak qiymətlərinin artımı sürətlənərək 67,07% təşkil edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən məlumat yayılıb.

Fevralda ən böyük artım mehmanxana biznesi və restoranlarda (+ 94,78%), o cümlədən təhsildə (+ 91,84%) və səhiyyədə (+ 81,25%) qeydə alınıb.

Öz növbəsində analitiklər qışın son ayı ərzində qiymət artımının ən aşağı tempini hazır geyim və ayaqqabı seqmentində qeyd ediblər. Fevralda bu növ məhsulların maya dəyəri 43,4% artıb.
TÜİK-in məlumatına görə, son bir ildə ölkədə istehlak qiymətlərinin orta dəyişmə tempi 55,9% təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun