Tahir Süleymanova vəzifə verildi

4 Mart 2024 16:07

Bakı Futbol Federasiyası İctimai Birliyinin Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakim, "Neftçi" klubunun sabiq vitse-prezidenti, "Sabahın ulduzları" uşaq-gənclər layihəsinin ideya müəllifi Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilib.

Bu, müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib.

Qeyd edək ki, tanınmış futbol funksioneri 2010-2014-cü illərdə "Neftçi"nin vitse-prezidenti vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun