Bakıda avtobus avtomobillə toqquşdu - xəsarət alan var

4 Mart 2024 14:52

Bakıda sərnişin avtobusu avtomobillə toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Bakı Beynəlxalq Hava Limanı istiqamətində baş verib.

Sərnişin avtobusu ilə "Hyundai"markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilin sürücüsü xəsarət alıb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun