Xaqani bağının ətrafındakı yolların bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - FOTO

4 Mart 2024 16:19

Son illərdə paytaxtda avtomobillərin sayı xeyli artıb və bununla əlaqədar mərkəzi küçələr və parkların ətrafında avtomobil sıxlığını azaltmaq məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Metin Hüseynov deyib.

Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində Xaqani bağının ətrafında avtomobillərin girişinin məhdudlaşdırılması və hazırlanacağ xüsusi layihə əsasında abadlıq işlərinin aparılması nəzərdə tutulub.

"Bu işlərin əsas məqsədi sakinlərimizin və şəhərimizin gonağlarının rahatlığının təmin edilməsidir", - deyə o, əlavə edib.

Qeyd edək ki, 4 mart tarixindən etibarən Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

--------

14:25

Xəqani bağının ətrafı avtomobillər üçün bağlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əraziyə maneələr quraşdırılıb.

Belə ki, Xəqani bağının (keçmiş Molokan bağı - red.) ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun