Türkiyədə iki ayrı mütəşəkkil cinayətkarlıq təşkilatı məhv edildi

4 Mart 2024 14:48

Türkiyənin Osmaniye vilayətində eyni vaxtda keçirilən "MAHZEN-3" əməliyyatlarında Murat Özdemir və Cengiz Arslanın rəhbərlik etdiyi iki ayrı mütəşəkkil cinayətkarlıq təşkilatı məhv edilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Məlumata əsasən, keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri, o cümlədən başçıları da daxil olmaqla 55 şübhəli saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun