Milli çempionatların ən yaxşı bombardirləri açıqlandı

4 Mart 2024 14:42

Milli çempionatlarda ən çox qol vuranların siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS-in tərtib etdiyi "400-lər" klubunda 7 bombardir yer alıb.

Cədvələ Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı ulduzun hesabında 534 qol var. Lionel Messi 500 dəfə fərqlənib. Argentinalı futbolçu siyahıda 4-cüdür.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 534
2. Ferens Puşkaş (Macarıstan, İspaniya) - 516
3. Yozef Biscan (Avstriya, Çexoslovakiya) - 515
4. Lionel Messi (Argentina) - 500
5. Dyula Jenqellar (Macarıstan) - 415
6. Cimmi Makqrori (Şotlandiya) - 407
7. Herd Müller (Almaniya) - 405

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun