“Neftçi”də SÜKUT - VİDEO

4 Mart 2024 13:33

"Neftçi" rəhbərliyi azarkeşlərin bazaya hücumuna münasibət bildirməkdən imtina edib.

Milli.Az xəbər verir ki, Bakı klubunun rəsmiləri  İdman.Biz-in hadisəylə bağlı suallarını cavablandırmaqdan boyun qaçırıblar.

Xoşagəlməz hadisələr Azərbaycan Premyer Liqasının XXV turunun "Neftçi" - "Qarabağ" görüşündən sonra yaşanıb. Paytaxt təmsilçisinin azarkeşləri gecə klubun bazasına hücum ediblər.

"Qarabağ"a 1:4 hesablı məğlubiyyət və uğursuz nəticələrdən narazı olan fanatlar bazaya fakel atıblar. Onlar klubun hazırkı durumu ilə bağlı rəhbərlikdən açıqlama tələb ediblər. Azarkeşlər nəticələr düzəlməyəcəyi təqdirdə daha ciddi addımlar atacaqlarını bildiriblər.

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın turnir cədvəlində "Qarabağ"dan 24 xal geridə qalaraq 3-cü pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun