Qırğızıstanın şimalında, Qazaxıstanla sərhəddə 5.4 bal gücündə zəlzələ baş verib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Seysmologiya İnstitundan məlumat verilib.
İnstitutun məlumatına görə, yeraltı təkanların episentri Çolpon-Ata şəhərindən 35 kilometr şimalda və Bişkekdən 190 kilometr aralıda İssık-Kul bölgəsində, Qazaxıstanla sərhəddə, Almatıdan 37 km cənubda olub.
Episentrə ən yaxın yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi Qazaxıstanın Almatı şəhərində 5 bal, Çolpon-Atada 4 bal, Bişkek və Karakolda hər birində 3,5 bal olub.
Almatıda insanlar təşvişə düşüb, küçələrə tökülüblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun