NATO-dan Makrona tərs şillə

4 Mart 2024 12:37

Bütün etirazlara və xəbərdarlıqlara rəğmən Fransa Ukraynada NATO hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Şimali Atlantika Alyansının komandanlığına təklif yollayıb.

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Brukhard NATO-dakı həmkarlarına Ukrayna ərazisində Alyans qüvvələrinin yerləşdirilməsini təklif edib. Lakin o, rədd cavabı alıb.

Milli.Az xəbər verir ki, "Politico" bu barədə ABŞ-ın NATO-dakı sabiq daimi nümayəndəsi İvo Daalderə istinadən məlumat verib.

İ.Daalderin dediyinə görə, Fransa prezidenti Emmanuel Makron belə sərsəm ideyanı səsləndirəndən bir neçə həftə əvvəl T.Brukhard NATO-da "təşəbbüs"lə çıxış edibmiş.

"Fransanın çox hiyləgər siyasi məqsədlər güddüyünü anlayan NATO ölkələri Parisin təşəbbüsünü rədd ediblər", - "Politico" yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun