Sərhədi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanıldı

4 Mart 2024 12:01

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşlarını saxlayıb.

Bu barədə Milli.Az-a DSX-dən məlumat verilib

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun