"Kökəlim də, vecimə də deyil, onsuz da hamımız öləcəyik"- VİDEO

4 Mart 2024 12:07

Müğənni Fədayə Laçın botoks etdirməsi ilə bağlı sualları cavablandırıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi artıq çəki aldığını bildirib. O qeyd edib ki, üzünün şişməsinə səbəb botoks yox, kökəlməsidir:

"Kökəlmişəm, məndən soruşurlar ki, üzünüzə botoksu harada elətdirmisiniz? Nə gözəl, təbii ediblər... Çəkim 55 kiloqram idi, indi 65 olub. Kökəlim də, heç vecimə də deyil. Onsuz da hamımız öləcəyik".

Qeyd edək ki, F.Laçın uzun müddətdir Moskvada yaşayır. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun