İsrail hərbi təyyarələri qəbirstanlığı bombaladı - FOTO

4 Mart 2024 11:18

İsrailin hərbi təyyarələri qəbirstanlığı bombalayıb.

Milli.Az bildirir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumata görə, İsrailin hərbi təyyarələri bundan əvvəlki hücumlar nəticəsində ölən fələstinlilərin dəfn edildiyi məzarlığı vurub.

Qeyd edək ki, 7 oktyabrdan bəri yenidən alovlanaraq müharibə dərəcəsinə keçən İsrail-Fələstin münaqişəsi nəticəsində 30 mindən çox fələstinli öldürülüb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam" briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

İslam
Milli.Az